İşğaldan azad olunmuş ərazidə yeni zavod inşa ediləcək
"Prestij-Kimya MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib. Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 milyon manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək". - bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.