18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgidə iştirak edir

Noyabrın 2-də Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi öz işinə başlayıb.

“TÜYAP” Sərgi və Konqres Mərkəzində keçirilən “MÜSİAD EXPO 2022” sərgisində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək proqramı çərçivəsində 13 sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edir. Agentliyin stendində qida məhsulları, təhsil, inşaat, təmir və dizayn, logistika və broker xidmətləri, sənaye məhsulları, kənd təsərrüfatı üçün müasir həllər, ipək üzərində xüsusi texnologiya əsasında hazırlanmış rəsm əsərləri nümayiş olunur. Həmçinin, stenddə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, bu sahədə dəstək və xidmətlərə dair məlumat verilir. KOBİA-nın stendində sahibkarlarla yanaşı, biznes assosiasiyaları da təmsil olunur.

Qeyd edək ki, “MÜSİAD EXPO 2022” sərgisi noyabrın 5-dək davam edəcək. Sərgidə 24 sahə üzrə 600-dən çox şirkət iştirak edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?