17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ümumi daxili məhsulda qeyri-neft sənayesinin payı artmaqdadır

Dünya bazarında ərzaq məhsullarının qiymətindəki artım Azərbaycanda inflyasiyanın səviyyəsinə öz təsirini göstərir. Qlobal inflyasiya ilə əlaqədar cari ilin doqquz ayında ötən illə müqayisədə ölkəyə idxal edilən məhsulların qiyməti 21,9 faiz artıb. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən antiinflyasiya fəaliyyətləri ölkədə inflyasiya artımını nisbətən səngidib.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda ümumi daxili məhsulda qeyr-neft sənayesinin payı artmaqdadır. Hazırda dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, cari ilin sonunadək Azərbaycanın ümumi daxili məhsulunun həcminin 130 milyard manata çatması gözlənilir. Bu isə Azərbaycan tarixində ən yüksək göstəricidir.

AZƏRTAC

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri