26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sankt-Peterburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişovla görüşüb.

Nazirin birinci müavini Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlərin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır. Görüşdə həmçinin, gəmiqayırma sahəsində əməkdaşlıq perspektivləri, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadə etməklə ticarət dövriyyəsinin artırılması üçün əlverişli şəraitin mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.

Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişov iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bir sıra sahələrdə əlaqələrin gücləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Görüşdə “Made in Azerbijan” brendli məhsulların Sankt-Peterburqda daha çox tanıdılması, ticarətin genişləndirilməsi, Rusiya şırkətləri ilə sənaye zonaları çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?