5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya şirkətləri Azərbaycanın sənaye parklarının imkanlarını araşdırır

Rusiya şirkətləri ölkə istehsalçılarının ehtiyaclarının təmin edilməsi üçün müxtəlif detalların istehsalı məqsədilə Azərbaycanın sənaye parklarının imkanlarını araşdırır.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda “Ural”, “KamAZ” və “Qazel” avtomobilləri yığılır, kombayn istehsalının lokallaşdırılması məsələləri müzakirə olunub.

“Rusiya və Azərbaycanın kənd təsərrüfatı texnikasının birgə inkişafı və istehsalı üçün böyük gələcək və yaxşı perspektivlər var, xüsusən də Rusiya Federasiyasının azərbaycanlı tərəfdaşları ilə avtomobil sənayesi üzrə əməkdaşlıqda çox yaxşı təcrübə toplanılıb”, - Ruslan Mirsayapov qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiya tərəfi Azərbaycanda istehsalın lokallaşdırılmasında, o cümlədən üçüncü ölkələrin bazarlarına çıxmaqda maraqlıdır.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?