8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan təbii balın ixracını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8,16 min dollar dəyərində 0,35 ton təbii bal ixrac edilib. İxracın həcmi illik ifadədə müvafiq olaraq 3,8 və 3,5 dəfə artıb.

"Vergiler.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu dövrdə Azərbaycana 343.05 min. ABŞ dolları dəyərində 67.28 ton təbii bal idxal edilib. Bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,2%, həcm ifadəsində isə 16,1% azalıb.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Rusiyadan olunub. Bu ölkə cari ilin ilk səkkiz ayında Azərbaycana 148,39 min. dollar dəyərində 29,64 ton təbii bal ixrac edib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 7% üstələyir.

Dəyər ifadəsində ikinci ölkə isə Türkiyə olub. Bu ölkədən yanvar-avqust aylarında Azərbaycana 107.96 min. dollarlıq 24.15 ton bal tədarük edilib ki, bu da ötən illə müqayisədə dəyər ifadəsində 21,3% az, həcm baxımından isə 10,8% çoxdur.

Üçüncü yerdə olan İspaniyadan isə ölkəyə 48,65 min. dollar dəyərində 6,59 ton bal göndərilib. Ötən ilin eyni dövrünə nisbətdə bu ölkələrdən Azərbaycana bal tədarükü dəyər və həcm baxımından 45,2% və 91,5% artıb.

Hesabat dövründə ümumilikdə Azərbaycana 10 ölkədən təbii bal idxal olunub.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?