19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları müzakirə edilib

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında oktyabrın 31-də Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Azərbaycanın logistik imkanlar baxımından çox əlverişli ərazidə yerləşdiyini vurğulayan Səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Eyni zamanda səfirlik əməkdaşları İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi barədə məlumatlandırılıb, bildirilib ki, Mərkəzin tədris prosesində Almaniya təcrübəsindən istifadə edilir. Hazırda Mərkəzdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisasında dərslər Almaniya kurikulum təhsil sistemi əsasında tədris olunur.

Görüşdə Almaniyanın kimya sənayesində, avtomobil istehsalı (əsasən də elektrikli avtomobillərin istehsalı) sahəsində fəaliyyət göstərən şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları, sənaye zonalarında istehsal olunan məhsulların ixracı məsələləri müzakirə edilib.

Sonra səfirlik əməkdaşları Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Vərəqə şüşə istehsalı müəssisəsində gedən istehsal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, zavodda 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” alman şirkətinin texnologiyasından istifadə edilir.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?