19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

9 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 73,6 milyon manat vəsait daxil olub

Hərraclar dövlət əmlakının özəlləşdirilməsinin əlverişli üsullarındandır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 48 hərrac keçirilib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 410 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 322 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 86 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 53,8 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 9 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3.170 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 646-sı qeyri-yaşayış sahələri üzrə, 2 524-ü isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 9 ayı ilə müqayisədə 1.973 və ya 2,6 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin 9 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 19,7 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 73,6 milyon manat vəsait büdcəyə daxil olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?