15 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İFC: “Azərbaycanda dövlət-özəl sektor dialoqu çox yüksək səviyyədə təşkil olunub”

Azərbaycanda dövlət-özəl sektor dialoqu çox yüksək səviyyədə təşkil olunub və davam etdirilir.

vergiler.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation - İFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova deyib.

O, özəl sektorun iştirakı ilə daha səmərəli islahatların aparılacağına ümid etdiyini, islahatların hazırlanmasında biznesin yaxından iştirakının vacibliyini vurğulayıb.

“Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” növbəti 4 ildə yeni sahibkarlara münasibətdə dövlətin daha da asanlaşdırıcı, özəl sektorun isə iqtisadi artımda daha da aparıcı rolunu vurğulayır. Digər ölkələrin təcrübəsi göstərir ki, Azərbaycan kimi kiçik ölkələrin beynəlxalq bazarlarla sıx əlaqələndirilməsi, xarici kapitalın, texnologiyaların, biliklərin ölkəyə gətirilməsi bu artımın təmin edilməsinə çox böyük təkan verə bilər. Burada həm yerli, həm də xarici investorlar üçün eyni zəmin yaratmaq önəmlidir”, - deyə Aliyə Əzimova qeyd edib.

İFC-nin rəsmisi həmçinin şəffaf prosedurların mövcudluğu, biznesin maarifləndirilməsi və məlumat açıqlığının olduqca mühüm rol oynadığını bildirib.

“Sevindirici haldır ki, Beynəlxalq Maliyyə Korporasiyası bu islahat yolunda Azərbaycanla çiyin-çiyinə işləyib və ümid edirəm ki, biz bu əməkdaşlığı davam edəcəyik. Ümid edirəm ki, artıq bu işin biznesə təsirini də görə biləcəyik”, - deyə Aliyə Əzimova əlavə edib.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?