19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmtəə nişanlarının qorunması qanunvericilikdə öz əksini tapacaq

Əmtəə nişanlarının təkrar istifadəsinin qarşısının alınması qanunvericilikdə öz əksini tapacaq.

vergiler.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva deyib.

Onun sözlərinə görə, biznesin adının qorunması ilə bağlı ümumi normaların qanunvericilikdə mövcudluğuna baxmayaraq, əmtəə nişanlarının adının da hüquqi şəxslərdə təkrarlanması ayrı-ayrı subyektlərin biznes maraqlarına toxunur.

“Artıq layihələrin içində həm də əmtəə nişanı kimi qeydiyyata alınan sözlərin daha sonradan hüquqi şəxsin adı kimi istifadəsini məhdudlaşdıran normaların da qanunvericiliyə gətirilməsi ilə bağlı təkliflər hazırlanıb”, - deyə Samirə Musayeva qeyd edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?