19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Polşa biznes forumu keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin sənaye, tikinti, maliyyə, qida və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımının artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.

Biznes forumda çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşanın İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin nümayəndəsi Matsey Falkovski ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətini vurğulayıb, işgüzar görüşlərin iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıblar.

PAIH-in İdarə Heyətinin üzvü Zdislav Sokal təmsil etdiyi qurumun fəaliyyəti, Polşanın investisiya mühiti və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Biznes forumda Ələt azad iqtisadi zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının yaratdığı investisiya imkanları, Polşanın Qdansk limanının nümayəndəsi Mixail Stupak və “Bank Gospodarstwa Krajowego”nun nümayəndəsi Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.

Forum çərçivəsində AZPROMO və PAIH arasında, həmçinin “Baku Steel Company” ilə Polşanın “Konstal”, "Zystal Marcin Zyska”, “Touye Group” və “Warstal” şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?