10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində öz işinə başlamış 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib.

Dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə təşkil edilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə müzakirələr aparılıb.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elxan Şiriyev, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və “PMD Group” MMC-nin baş icraçı direktoru Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir?