8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hava limanının tikintisində yerli materiallardan istifadə olunur

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə intensiv reinteqrasiya tədbirləri həyata keçirilir, şəhər və kəndlər yeni görkəmdə bərpa edilir, müasir sosial-iqtisadi infrastruktur layihələrİ reallaşdırılır. Bütün bunlar isə, biznesin genişlənməsinə və inkişafına əlverişli şərait yaradır.

Yerli istehsalçıların cəlb edilməsi ilə iqtisadi dəyərin yaradılması və sənaye sektorlarının inkişafına dəstək göstərilməsi bu sahədə əsas prioritetlərdəndir.

Bu istiqamətdə görülən işlərə nümunə olaraq Zəngilan Beynəlxalq Hava Limanının tikintisində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-nin istehsal etdiyi multifunksional (LOWE) şüşə paketlərdən istifadə edilməsini göstərmək olar. Belə ki, “Archi Glass” MMC sifarişçiyə 3800 kvadrat metr həcmində emal olunmuş şüşə paketlərin göndərilməsini təmin edib. Məhsulların hazırlanmasında xammal kimi Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti - “Azerfloat” QSC-nin istehsalı olan 5 millimetrlik şüşə vərəqələrdən də istifadə olunub.

Azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin əlverişli biznes mühitinə əsaslanmaqla canlandırılması, həyata keçirilən layihələrdə yerli şirkətlərin iştirakına önəm verilməsi istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadi artıma əlavə stimul yaradır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?