19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yubiley və xatirə pul nişanlarının satışında yenilik

Yubiley və xatirə pul nişanlarının fiziki şəxslərə satışının “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Mərkəzi Bankın kassaları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Vergiler.az” Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, bu, Bankın İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Qərarı ilə Qaydaya edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, ödənişin məbləği 4000 manatdan artıq olduqda, ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən hüquqi şəxslər vasitəsilə satışı Mərkəzi Bankla bağlanmış müqavilə əsasında həyata keçiriləcək.

Bununla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququnu əldə ediblər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?