19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Emin Qəribli: “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Azərbaycanın strateji mövqeyini gücləndirəcək”

Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu açılarsa, Çindən Avropaya, Avropadan da Çinə nəql olunacaq yüklərin daşınmaya görə maya dəyəri aşağı enəcək. Bunu “vergiler.az”a Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli deyib.

Onun sözlərinə görə, yeni dəmir yolu istifadəyə veriləcəyi təqdirdə ölkələr arasında yük daşınma dövriyyəsi artacaq. Bu isə həm Azərbaycanın, həm də regionun iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.

İqtisadçı hesab edir ki, dəmir yolunun açılması Xəzərdə Ələt ticarət limanının dövriyyəsinin artmasına, eyni zamanda Ələt azad iqtisadi zonasında yeni istehsal müəssisələrinin yaradılmasına səbəb olacaq. Layihənin reallaşması Azərbaycanın strateji mövqeyinin də güclənməsini təmin edəcək.

E.Qəribli layihənin gercəkləşməsi üçün ölkələr arasında mütəmadi görüşlərin keçirilməsini də zəruri sayır.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin Azərbaycanın iqtisadi dayanıqlığına müsbət təsir göstərəcəyinə əmin olan alim ölkəmizin bu layihəni qısa zamanda reallaşdıracağına da inanır: “Son dövrlərdə Azərbaycan kifayət qədər bu tipli böyük layihələrin müəllifi olub və onları uğurla icra edib. Hesab edirəm ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun açılması da böyük layihədir və böyük uğur olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxış edərkən Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəklədiyimizi söyləyib. Dövlət başçısı qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?