17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin son “KOB Fest”i

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını Bakı Bulvarında (Kukla Teatrının arxası) təşkil ediləcək ilin son “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.

“KOB Fest” 14-15 oktyabr tarixlərində saat 10:00-dan 18:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunacaq.

“KOB Fest”in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulların tanıdılmasıdır.

Festival müddətində mədəni-əyləncəli proqram da təşkil ediləcəkdir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri