26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft sənaye məhsullarının ixracı 24% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye məhsullarının dəyəri 1341,9 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövründəki müvafiq göstəricini 24% üstələyir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, sənaye üzrə ixracda birinci yeri kimya sənayesi məhsulları (azot gübrəsi, metanol və s.) tutur ki, bu kateqoriya üzrə cari ilin ilk doqquz ayında 299,4 mln. dollar dəyərində məhsul ixrac edilib.

İxracda ikinci yeri plastmas və ondan hazırlanan məmulatlar tutur. Hesabat dövründə bu məhsullar üzrə ixracın dəyəri 293,9 mln. dollar olub. Ölkənin sənaye ixracı üzrə üçüncü yerdə qərarlaşan alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 158,8 mln. dollar təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan digər ölkələrə 128,4 mln. dollar dəyərində qızıl, 103,5 mln. dollar dəyərində qara metallar və ondan hazırlanan məmulatlar, 29,9 mln. dollar dəyərində mis və ondan hazırlanan məmulatlar, 23,9 mln. dollar dəyərində sement, 13,8 mln. dollar dəyərində şüşə və ondan hazırlanan məmulatlar tədarük edilib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı və emalı məhsullarının dəyəri 774,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövründəki müvafiq göstəricini 7% üstələyir.

Aqrar sektor üzrə ixracda birinci yeri pambıq lifi tutur ki, bu kateqoriya üzrə cari ilin ilk doqquz ayında 149,1 mln. dollar dəyərində məhsul ixrac edilib.

İxracda ikinci yerdə pomidordur ki, hesabat dövründə bu məhsul üzrə ixracın dəyəri 131,8 mln. dollar olub. Üçüncü yerdə qərarlaşan fındıq məhsulunun ixrac dəyəri isə 70,2 mln. dollar təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan digər ölkələrə 38,7 mln. dollarlıq albalı və gilas, 34,8 mln. dollarlıq kartof, 31,8 mln. dollarlıq şaftalı və nektarinlər, 30,6 mln. dollarlıq xurma, 28,6 mln. dollarlıq iplik, 25,6 mln. dollarlıq alma, 18,7 mln. dollarlıq şəkər, 17,2 mln. dollarlıq çiyələk, 14,9 mln. dollarlıq tütün tədarük edilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?