19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

42 minədək sahibkara 2,8 mlrd. manat güzəştli kredit verilib

İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 42 minədək sahibkara 2,8 mlrd. manat güzəştli kredit verilib.

Fondun yaydığı məlumata görə, bu kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə verib.

Fond gələcəkdə müxtəlif maliyyə dəstəyi mexanizmləri vasitəsilə sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində əsas maliyyə institutlarından olan Sahibkarlığın İnkişafı Fondunun yaradılmasından 30 il keçir. Fondun ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında və işgüzarlığın artırılmasında əhəmiyyətli rolu var.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?