18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarımız Özbəkistanda işgüzar səfərdə olub

28 sentyabr – 6 oktyabr tarixlərində Azərbaycanın 30-a yaxın kiçik və orta sahibkarı Özbəkistanda işgüzar səfərdə olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "Marsol" MMC-nin təşkilatçılığı ilə baş tutmuş səfərdə inşaat, turizm, logistika, qida, tekstil, İKT, reklam, mühasibatlıq, istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Səfərin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, Özbəkistan şirkətləri ilə biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması olmuşdur.

İşgüzar səfər çərçivəsində sahibkarlarımız Daşkənd şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda abidəsinin önünə əklil qoyublar. İş adamları Daşkənddə Özbəkistanın Ticarət və Sənaye Palatası, Sahibkarlığın İnkişafı Agentliyi, Özbəkistandakı Azərbaycan Səfirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Özbəkistandakı nümayəndliyində bir sıra görüşlər keçirib, “Aquatherm Tashkent”, “UzETechExpo 2022” və “OzuPACK – OZBEKinPRINT 2022” sərgilərində iştirak ediblər. Səmərqənd şəhərində sahibkarlarımız müxtəlif istehsal müəssisələrində olublar. Azərbaycan iş adamlarının Özbəkistana səfəri çərçivəsində Buxara şəhərində hər iki ölkənin sahibkarlarının iştirakı ilə əməkdaşlığa dair forum keçirilib, Azərbaycan və Özbəkistanın turizm şirkətləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi