23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
440 mindən çox fermerin elektron qeydiyyatdan keçəcəyi gözlənilir

440 mindən çox fermerin elektron qeydiyyatdan keçəcəyi gözlənilir

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 106.964 nəfərə çatıb. Ən çox Sabirabad, Biləsuvar və Şəki rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Sabirabadda 6.530, Biləsuvarda 5.280, Şəkidə 5.028 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər. Daha 9 rayonda isə qeydiyyatdan keçən fermerlərin sayı 3 mindən artıqdır.

Ümumilikdə 76.056 fermer torpaq mülkiyyətini təsdiq edən dövlət aktı və şəhadətnamə, 19.269 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 1.097 fermer icarə sənədi, 711 fermer etibarnamə, 154 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

Sistemdə ən çox qeydiyyat aprelin 24-də aparılıb. Həmin gün ölkə üzrə 10.425 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatlarını sistemə daxil ediblər. Sistemdə təxminən 440 mindən çox fermerin qeydiyyatdan keçəcəyi gözlənilir. EKTİS-də şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçilir. EKTİS-in tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və "ASAN xidmət" mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq sistemin tətbiqi ilə bağlı məsləhət ala bilərlər.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?