19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında iştirak edib.

Toplantı çərçivəsində AZSTAND ilə Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu arasında halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb.

Tərəflər halal məhsulların müvafiq standartlaşdırma fəaliyyəti üzrə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, texniki əməkdaşlıq və halal məhsulların sertifikatlaşdırılmasına dair stimullaşdırıcı tədbirlər barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, halal məhsul və xidmətlərə dair standartların hazırlanması İslam Əməkdaşlıq Təşkilatı - İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?