15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində təlim keçirilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar” mövzusunda təlim təşkil olunub. İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilən təlimdə qurumun şöbə müdirləri Emil Hacıyev və Amir Məmmədov “Sənaye zonalarında sahibkarlıq subyektinin inkişafı üçün əlverişli imkanlar, vergi və gömrük güzəştləri, rezident anlayışı və rezidentlərin qeydiyyatı proseduru”, “Kənd təsərrüfatında innovativlik: Aqroparklar” mövzularında təqdimatlar edib.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Sonra İZİA-nın Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Təlimin sonunda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli KİV nümayəndələrinə sertifikatlar təqdim ediblər.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?