23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb edilən sərmayələrin məbləği 3,2 milyard dollar olub

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb edilən sərmayələrin məbləği 3,2 milyard dollar olub

“vergiler.az” Mərkəzi Banka istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 65,9 faiz təşkil edib. 2022-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-3 milyard 122,4 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 milyard 122,9 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (5 milyard 245,3 milyon dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2,4 dəfə artaraq 1 milyard 97,7 milyon dollar olub.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?