9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlar üçün 44 daxili bazar araşdırması aparılıb

Sahibkarlar üçün 44 daxili bazar araşdırması aparılıb

İndiyədək sahibkarların müraciəti əsasında 19 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib. Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir. İndiyədək 25 belə daxili bazar araşdırması aparılaraq nəticələri KOBİA-nın saytında (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi) yerləşdirilib.
Hazırda sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə bir neçə istiqamətdə daxili bazar araşdırmaları aparılır və nəticələri aidiyyəti üzrə təqdim olunacaqdır.
Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?