10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İpotekanın dövlət qeydiyyatına alınması və ləğvinə dair xidmətlər elektron formada aparılır

İpotekanın dövlət qeydiyyatına alınması və ləğvinə dair xidmətlər elektron formada aparılır

İpotekanın dövlət qeydiyyatına alınmasını elektron xidmət vasitəsilə daha rahat formada həyata keçirmək mümkündür.

Bunun üçün istifadəçi Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında 15-ci bölməyə daxil ola bilər. Elektron formada və ya ünvanlarda xidmətdən istifadə etmək üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın ipotekası haqqında müqavilə, ərizə, xidmət haqqı, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digərləri aiddir. Qeydiyyata alınma xidməti 3 iş günü ərzində həyata keçirilir, 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq ipotekanın dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə "Elektron hökumət" portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.

İpotekanın dövlət qeydiyyatının ləğvi ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bu xidmətdən istifadə elektron formada da mümkündür. İstifadəçi Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında 16-cı bölməyə daxil ola bilər. Xidmət göstərilməsi üçün tələb olunan sənədlərə məhkəmə qərarı, ərizə, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd və digəriləri aiddir. İpotekanın dövlət qeydiyyatının ləğvi xidməti 3 iş günü ərzində həyata keçirilir, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Nəticədə ərizəçiyə daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvinə dair arayış təqdim edilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?