7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı ilə turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub

Dünya Bankı ilə turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub

Dövlət Turizm Agentliyi ilə Dünya Bankı arasında ölkəmizdə turizmin inkişafına töhfə verəcək layihələr üzrə potensial əməkdaşlıq imkanları sentyabrın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl arasında keçirilən görüşdə müzakirə olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanda son illərdə dövlət tərəfindən turizmin inkişafına göstərilən diqqəti vurğulayaraq bu sahədə həyata keçirilən cari layihələr haqqında məlumat verib. O, agentliyin tabeliyində olan qoruqlarda həyata keçirilən yenidənqurma və bərpa işləri, o cümlədən Qarabağda turizmin dirçəldilməsinə yönəlmiş layihələr haqqında danışaraq bu sahədə beynəlxalq təcrübədən faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə, həmçinin DTA tərəfindən həyata keçirilən layihələrdə əsas məqsədin mədəni irsin qorunub saxlanması ilə turizmyönlü sahibkarlığın inkişafına dəstək vermək, o cümlədən əhalinin gəlirlilik səviyyəsi və rifah halının yüksəldilməsi ilə dayanıqlı və davamlı inkişafa nail olmağın vacibliyi vurğulanıb.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl Azərbaycanda turizmin inkişafına dəstək verəcək layihələr üzrə əməkdaşlığa önəm verilməsini qeyd edərək indiyədək tarixi-mədəni irsin qorunması üzrə Bakı və Şəki şəhərlərində Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib. O, turizm təhsili, regional turizmin inkişafı, destinasiyaların idarəedilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi və bu kimi sahələr üzrə Dünya Bankının öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq iqtisadiyyatın mühüm sahələrindən biri kimi turizmin ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan layihə və proqramlar haqqında fikir mübadiləsi aparılıb. Həmçinin turizm biznesi üçün cəlbedici mühitin yaradılması məqsədilə hüquqi-institusional bazanın təşkili, eləcə də Azərbaycanda turizm sahəsində diaqnostik araşdırma sənədlərinin hazırlanması və beynəlxalq təcrübənin tətbiqi baxımından Dünya Bankı tərəfindən mütəxəssis dəstəyinin göstərilməsi məsələsi müzakirə olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?