9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabət Məcəlləsi biznes mühitinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli təkan verəcək

“Rəqabət Məcəlləsi hərtərəfli, kifayət qədər mütərəqqi sənəd olacaq və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli təkan verəcək”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Haqqın.az” saytına müsahibəsində deyib: "Məcəllə layihəsi müasir reallıqlar əsasında və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Burada "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" hüquqi aktlar birləşdirilərək keyfiyyətcə yeni vahid sənədə çevrilib. Məcəllə əmtəə və xidmətlər bazarında sağlam rəqabət mühitini, onun prinsiplərinin qorunmasını və inkişafını təmin edəcək”.

Nazir qeyd edib ki, Rəqabət Məcəlləsi, həmçinin, təbii inhisarların təşkilati-hüquqi dövlət tənzimlənməsinin əsas müddəalarını, ədalət və qanun qarşısında bərabərlik prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinin aparılmasının hüquqi əsaslarını müəyyən edir: “Layihəyə əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bazar subyektlərinə rəqabətin haqsız pozulması hallarının aradan qaldırılması və ya qarşısının alınması məqsədilə icrası məcburi olan göstərişlər vermək səlahiyyəti verilir. Xidmətin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrası bütün hüquqi və fiziki şəxslər üçün məcburi olacaq. Bundan əlavə, Məcəllədə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, qadağan olunmuş üfüqi, - kartel sazişləri nəzərdə tutulur, - və şaquli sazişlər dairəsi də müəyyən ediləcək”.

Nazirin sözlərinə görə, layihədə haqsız rəqabətin formalarına yenidən baxılıb və əlavələr edilib: “İstehlakçılara və sahibkarlıq subyektlərinə qarşı aqressiv davranış, rəqibin biznes fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların çaşdırılması halları, qanunsuz hərəkətlər, məsələn, kommersiya sirrinin qanunsuz olaraq açıqlanması və ya müvafiq bazarda üstünlük əldə etməyə yönəlmiş addımlar da layihədə haqsız rəqabət forması kimi qeyd olunur”.

Nazirin qeyd etdiyi kimi, yeni Məcəllə dövlət orqanlarının, o cümlədən tənzimləyici orqanlar və yerli özünüidarəetmə orqanlarının antiinhisar qanunvericiliyinə zidd olan hərəkət və ya hərəkətsizliyini, habelə belə halların qarşısının alınmasını tənzimləyəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?