8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrimizin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Bildirilib ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Tərəfdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. İş adamları arasında əlaqələrin genişlənməsində təşkil edilən biznes forumlar və işgüzar görüşlər faydalıdır.

Görüşdə həmçinin iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.

Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedhacayev qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu, Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.

Görüşdə “Uzbekneftqaz” SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?