17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avqustun 30-da keçirilən hərracda 11 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar üçün yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının müxtəlifliyi isə alıcıya seçim imkanı verir.

Avqustun 30-da keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib və bəzi nəqliyyat vasitəsiləri üzrə rəqabət qeydə alınıb. Belə ki, ilkin satış qiyməti 1.800 manat olan “UAZ” markalı avtomobilə ən son təklif 4.490 manatadək yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 2.000 manata olan “VAZ-2106” markalı maşın 3.680 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3e4lGuz)

Məlumat üçün bildiririk ki, sentyabr ayı üzrə növbəti hərraclar 6, 13 və 27 sentyabr tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?