19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 25-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25 milyon manat həcmində adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan bildirilib ki, istiqrazlar 1 005.0555 manat qiyməti ilə satışa çıxarılacaq. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti aprelin 15-də qeydə alınıb.

Emissiyanın ümumi həcmi 100 milyon AZN, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3,25 faiz təşkil edir. Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?