14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeddi ayda Azərbaycanın İtaliyaya ixrac etdiyi neft məhsullarının dəyəri 4,9 milyard dollardır

Yanvar-iyul aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 6 milyon 679,3 min ton, dəyəri isə 4 milyard 979,2 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Yarım ildə ölkəmizdən Hindistana 1 milyard 28,6 milyon dollarlıq 1 milyon 236,7 min ton, İsrailə 1 milyard 21,4 milyon dollarlıq 1 milyon 449,8 min ton, Böyük Britaniyaya 752,5 milyon dollarlıq 926 min ton, Xorvatiyaya 490,7 milyon dollarlıq 544,6 min ton, Çexiyaya 473,2 milyon dollarlıq 600,5 min ton, Portuqaliyaya 428,1 milyon dollarlıq 607,9 min ton, İspaniyaya 426 milyon dollarlıq 560 min ton, Tunisə 326,1 milyon dollarlıq 433,2 min ton, Ukraynaya 304,5 milyon dollarlıq 506,3 min ton, Almaniyaya 258,5 milyon dollarlıq 351 min ton, Vyetnama 247,7 milyon dollarlıq 276,3 min ton, İsveçrəyə 232 milyon dollarlıq 264,8 min ton, Tailanda 231,4 milyon dollarlıq 368,4 min ton, İrlandiyaya 203,6 milyon dollarlıq 265,2 min ton, Rumıniyaya 189,5 milyon dollarlıq 260,1 min ton, Türkiyəyə isə 170,8 milyon dollarlıq 303,9 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, yeddi ayda Azərbaycan 26 ölkəyə xam neft və xam neft məhsulları göndərib.

Hesabat dövründə Azərbaycandan ümumilikdə 16 milyon 414,9 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 12 milyard 397,7 milyon dollar olub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?