15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.

Bakı Fond Birjasından bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li və AZ2053008689 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

Fonddan daxil olan məlumata əsasən, avqustun 15-də AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 və AZ2053008689 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 15-dən etibarən AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların nominal üzrə qalıq məbləği 616,23 manat, AZ2053008689 İSİN-li istiqrazın nominal üzrə qalıq məbləği isə 951,84 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə 616,23 manat və AZ2053008689 İSİN-li istiqraz üzrə isə 951,84 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 616,23 manat və AZ2053008689 İSİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin isə 951,84 manat olması nəzərə alınmalıdır.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?