14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeddi ayda ölkədə elektrik enerjisi istehsalı 2,6 faiz artıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 16 milyard 278,1 milyon kilovat-saat təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 125,1 milyon kilovat-saat artaraq 14 milyard 893 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 286,5 milyon kilovat-saat artaraq 1 milyard 163,9 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ)) üzrə isə 8,4 milyon kilovat-saat artaraq 221,2 milyon kilovat-saat olub.

KES-də 54 milyon kilovat-saat, GES-də 37,5 milyon kilovat-saat, BMTYZ-da isə 129,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Yeddi ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 653,6 milyon kilovat-saat (İES-lərdə 13 milyard 578 milyon kilovat-saat, SES-lərdə 1 milyard 75,6 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 milyon kilovat-saat (İES-lərdə 156,5 milyon kilovat-saat, SES-lərdə 77,8 milyon kilovat-saat, GES-də 34,5 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 316,64 milyon kilovat-saat olub.

Cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 37,7 milyon kilovat-saat, idxalı isə 83,5 milyon kilovat-saat təşkil edib.

İyulda Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 751,3 milyon kilovat-saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 milyon kilovat-saat, yaxud 4,2 faiz artması deməkdir.

İyulda elektrik enerjisinin idxalı 12,4 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon kilovat-saat, ixrac isə 374,2 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 milyon kilovat-saat artıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?