25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pensiya ödənişlərinə 164 milyon manat çox olmaqla 2 milyard 882 milyon manat yönəldilib

Cari ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz (164 milyon manat) çox olmaqla 2 milyard 882 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pensiyalarda artım dinamikası davam edib: bu ilin avqustun 1-nə pensiyaların orta aylıq məbləği 11,7 faiz artaraq 368 manata, yaşa görə orta aylıq pensiya 11,3 faiz artaraq 399 manata çatıb.

Bu ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, habelə pensiyaçılara maddi yardımların ayrılması təmin edilib. 1,2 milyon pensiyaçını əhatə edən həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.

Yanvar-iyul aylarında 17,2 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 65,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?