13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Daxil olmuş müraciətin araşdırılması zamanı fiziki şəxs Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından fiziki şəxs Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub. Bununla əlaqədar fiziki şəxs Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq fiziki şəxs Ə.Kərimova “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?