19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qırğızıstanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyevlə görüşüb.

Sahib Məmmədov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 4-cü iclasının Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası iqtisadi-ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır. Bununla yanaşı, həyata keçirilən səfərlər, iki ölkə arasında müxtəlif biznes forum və işgüzar görüşlər tərəfdaşlığın gücləndirilməsi baxımından faydalıdır. Ölkələrimiz hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq edir ki, bu da əlaqələrin inkişafında önəm kəsb edir.

Görüşdə Qırğızıstanla nəqliyyat–tranzit, kənd təsərrüfatı, investisiya, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib, Qırğızıstan şirkətləri Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirə aparıblar.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?