15 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron imza alanların sayı açıqlanıb

2019-cu ilin ilk 3 ayında Azərbaycanda 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin statistik göstəricilərinə əsasən, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 aprel tarixinədək ümumilikdə 176 min 724 elektron imza sertifikatı istifadəyə verilib. Onlardan 98 min 44-ü dövlət qurumlarının, 43 min 480-i hüquqi şəxslərin, 35 min 200-ü isə fiziki şəxslərin payına düşür. Bu ilin ilk rübündə 9 min 832 e-imza sertifikatı istifadəyə verilib. Bunlardan 6 min 776-sı dövlət qurumlarına, 1.920-si hüquqi şəxslərə, 1.136-sı fiziki şəxslərə aiddir. Son bir ayda isə istifadəyə verilən e-imza sertifikatlarının sayı min 474 olub. Mart ayında dövlət qurumlarına 2 min 792, hüquqi şəxslərə 436, fiziki şəxslərə isə 246 e-imza sertifikatı verilib.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?