26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un İdarə Heyətinin sədri 1-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində yekun görüşünü keçirib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 1-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.

QSC-dən bildirilib ki, görüşdə 11 aylıq fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, fəaliyyət planının nəticələri ətraflı müzakirə olunub. Nazim Novruzov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, əldə edilən təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını qeyd edib.

Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə Nazim Novruzovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzulayıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ildə 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?