Sahibkarlığa dövlət dəstəyi davam etdirilir
2020-ci il iyun ayından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat zəmanət verilib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 milyon manat subsidiya ödənilib".