12 Avqust 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Altı ayda Azərbaycanın İtaliyaya ixrac etdiyi neft məhsullarının dəyəri 3,6 milyard dollardır

Yanvar-iyun aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 5 milyon 81,4 min ton, dəyəri isə 3 milyard 606 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Yarım ildə ölkəmizdən İsrailə 930,3 milyon dollarlıq 1 milyard 280,6 min ton, Hindistana 770 milyon dollarlıq 959,1 min ton, Böyük Britaniyaya 594,1 milyon dollarlıq 753 min ton, Portuqaliyaya 428,1 milyon dollarlıq 607,9 min ton, İspaniyaya 340,2 milyon dollarlıq 470,8 min ton, Tunisə 326,1 milyon dollarlıq 433,2 min ton, Çexiyaya 307,3 milyon dollarlıq 424,8 min ton, Ukraynaya 304,5 milyon dollarlıq 506,3 min ton, Almaniyaya 258,5 milyon dollarlıq 351 min ton, İsveçrəyə 232 milyon dollarlıq 264,8 min ton, Tailanda 231,4 milyon dollarlıq 368,4 min ton, Xorvatiyaya 156,1 milyon dollarlıq 177,2 min ton, İrlandiyaya 123 milyon dollarlıq 176,5 min ton, Türkiyəyə 120,1 milyon dollarlıq 218,2 min ton, Vyetnama isə 117,7 milyon dollarlıq 137,7 min ton, xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, altı ayda Azərbaycan 24 ölkəyə xam neft və xam neft məhsulları göndərib.

Hesabat dövründə Azərbaycandan ümumilikdə 12 milyon 915,6 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 9 milyard 361,2 milyon dollar olub.

VergiQeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi? VergiMikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi Ekspert RəyiCari vergiləri hesablayarkən nələrə diqqət yetirilməlidir? Ekspert RəyiVergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı qarşıya çıxan məsələlər VergiƏsas vəsaitlərin təmirinə çəkilən xərclər hansı qaydada gəlirdən çıxıla bilər? Ekspert RəyiFiziki şəxslərin əməkhaqqından gəlir vergisinin tutulması İqtisadiyyatSahibkarlığa dövlət dəstəyi davam etdirilir VergiVergi islahatları sağlam və rəqabətli biznes mühitinə dəstək verir VergiVergi islahatları: şəffaflıq, dürüstlük, hesabatlılıq VergiSəmərəli vergi siyasəti vergi daxilolmalarının artımına zəmin yaradır