Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi cari ilin altı ayı ərzində 140 milyon ABŞ dolları təşkil edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 75,8 milyon dollar, idxalın dəyəri isə 64,3 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.