25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturuna dair beynəlxalq tədbirdə iştirak ediblər

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 30-cu yubiley iclası keçirilib.

10-dan çox ölkədən olan 100-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eləcə də Xidmətin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri təmsil edib.

İclasda Şuraya daxil olan ölkələrin milli qurumlarının rəhbərləri və mütəxəssisləri arasında standartlaşma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahələrinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?