10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yevlax Pilot Aqroparka mediatur təşkil edilib

Yevlax Pilot Aqroparka mediatur təşkil edilib

Yevlax Pilot Aqroparkda ilk dəfə olaraq meyvə bağları, ting sahələri salınıb və hazırda calaqaltı işləri görülür. Bu işlərlə yerində tanış olmaq məqsədilə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) aqroparka mediatur təşkil edib. KİV nümayəndələrinə əvvəlcə Yevlax Pilot Aqropark haqqında məlumat verilib. Bildirilib ki, Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk pilot aqroparkdır. Layihə çərçivəsində aqroparka 70 milyon manatdan çox özəl investisiyanın qoyulması nəzərdə tutulur. Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “vahid pəncərə” sisteminin tətbiqi planlaşdırılır. Pilot aqroparkın əkin sahələrində yüksək məhsuldarlığa nail olunması üçün “ağıllı idarəetmə” sistemi tətbiq ediləcək, aqronom və biznes-konsaltinq xidmətləri göstəriləcək. Bununla yanaşı, istehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək. Aqroparkda, həmçinin emal müəssisələrinin yaradılması nəzərdə tutulur.

Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal ediləcək.

Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1300 hektarını aqroparkda yaradılacaq heyvandarlıq kompleksinin yem təminatı sahəsi, 129 hektarını isə emal və sosial zonalar təşkil edəcək. Artıq Aqropark ərazisinin fermerlərin uzunmüddətli istifadəsinə verilməsinə başlanıb və bu günədək 1 727 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanıb.

Sonra media mənsubları pilot aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, MMC tərəfindən aqroparkda meyvə bağlarının və ting sahələrinin salınmasına başlanıb. Əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Ümumilikdə isə, Yevlax Pilot Aqroparkda 500 daimi, 1000-dən çox mövsümü iş yerinin yaradılması nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?