23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir

Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə iyunun 29-da Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva qeyd edib ki, bugünkü forum ölkələrimizin qadın sahibkarları arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Biznes forum işini B2B görüşləri ilə davam etdirəcək.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?