31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ötən 5 ayı ərzində qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərindəki payı 6 milyard 353 milyon manata çatıb

2022-ci ilin ötən 5 ayında ölkə iqtisadiyyatının inkişaf göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş nəticələrə nəzər salsaq görərik ki, həmin dövr ərzində 50,9 milyard manat, o cümlədən qeyri-neft və qaz sektorunda 25 milyard manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə qeyd olunduğu kimi 7,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 11 faiz artıb.

Bunu maliyyə naziri Samir Şərifov parlamentin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı söyləyib.

O bildirib ki, həmin dövrdə dövlət büdcəsinin gəlirləri də əhəmiyyətli dərəcədə artaraq 12 milyard 442 milyon manat və yaxud 110,8 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və yaxud 27,8 faiz çoxdur. Qeyri-neft sektorunun dövlət büdcəsinin gəlirlərindəki payı ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və yaxud 33,4 faiz artaraq 6 milyard 353 milyon manata çatıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?