5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB Fest sərgi-satış yarmarkası bu dəfə Qubada

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti KOB Fest sərgi-satış yarmarkası iyunun 18-də Quba rayonunda keçirilib.

Rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri sərgilənir. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.

Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Quba rayonunda keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca altıncıdır və saat 20.00-dək davam edəcəkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil edilib. Bu yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər. Növbəti “KOB Fest”in iyulun 7-də Şəki şəhərində keçirilməsi planlaşdırılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?