19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Partners and Business” sərgisi biznes subyektləri arasında əlaqələrin qurulması baxımdan əhəmiyyətlidir

Müasir dövrün çağırışlarına uyğun olaraq sahibkarlıq sahəsində yeni təşkilati modellərin yaradılması və sahibkarlığın təşviqi Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir. Ötən dövrlərdə biznes mühitinin inkişafı və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində yaradılmış təşviq mexanizmləri KOBİA tərəfindən uğurla həyata keçirilir.

Bu sözləri “Partners and Business” sərgi–konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, KOBİA startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.

“Startap şəhadətnaməsi, daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, sahibkarların bilik və bacarıqlarının inkişafı, ticarət şəbəkələrinə çıxış, sərgi və digər dəstək alətləri sahibkarlar arasında böyük maraq yaratmaqla, mikro, kiçik və orta sahibkarlığın inkişafını daha da sürətləndirib. Əlbəttə ki, sadalananlar KOBİA tərəfindən təmin edilən dəstək və xidmətlərin bir hissəsini təşkil edir. Əsas məqsədimiz isə KOB-ların iqtisadiyyatda rolunun artırılması, onların iştirakı ilə daha çox əlavə dəyərin yaradılması, KOB-ların məşğulluqda və ixracda payının daha da yüksəlməsinə nail olmaqdır. Bu gün şəhərimizdə bu qəbildən tədbirlərin davamı olaraq, iştirak etdiyimiz “Partners & Business” sərgi konfransı təşkil olunub. Sərginin təşkilində əsas məqsəd ölkədə fəaliyyət göstərən biznes subyektlərinin tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

“Marsol” şirkəti sahibkarlar arasında əməkdaşlıq əlaqələrin yaradılmasında, “B2B” görüşlərin həyata keçirilməsində, konfrans və sərgilərin təşkilində sahibkarlara daim dəstək göstərir. Belə ki, KOBİA-nın dəstəyi və “Marsol” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən bugünkü tədbirdə 200-ə yaxın şirkət iştirak edir və istehsal etdikləri məhsulları və göstərdiyi xidmətləri sərgiləyir”, - deyə Orxan Məmmədov bildirib.

O qeyd edib ki, KOBİA-nın sərgilərdə iştiraka dəstək proqramı çərçivəsində bu tədbirdə də Agentliyin geniş stendi yaradılıb: “Sözügedən stendə sənaye, qida, inşaat və digər sahələrdə məhsullar istehsal edən və xidmətlər göstərən 16 KOB subyektinin iştirakı dəstəklənir”.

Təşkil olunan tədbirdən həm sahibkarların, həm də ziyarətçilər məmnun qalacağını söyləyən O.Məmmədov deyib ki, qazanılacaq təcrübə isə biznes subyektlərinin fəaliyyətlərini təkmilləşdirməsinə və genişləndirməsinə xidmət edəcək. Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində fəaliyyət göstərən biznes subyektləri arasında bu tədbir vasitəsilə geniş əlaqələr qurulacaq və inkişafa doğru daha da ciddi addımlar atılacaq.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?