15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üç ayda xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 2,6 milyard dollar olub

2022-ci ilin birinci rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,6 milyard dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bunun 1.6 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 23.3 faiz azalaraq 627.5 milyon dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 477.3 milyon dollar (29.8 faiz azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 150.2 milyon dollar (8.8 faiz artım) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 37.5 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 994.5 milyon dollar olan nəqliyyat xidmətlərinin 61.6 faizi qeyri-rezidentlərin

Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 612.6 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 381.9 milyon dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 3.6 faiz, idxalı isə 15.1 faiz artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230.6 milyon dollar (10.3 faiz artım) yüksəlib (2021-ci ilin I rübündə 209.1 milyon dollar). 2022-ci ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq 318 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (196.8 milyon dollar) ixracı (121.3 milyon dollar) üstələməsi nəticəsində 75.5 milyon dollar həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.7 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi

196.8 milyon dollar olub. Bunun 82.9 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlıdır (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 16.2 faiz azalaraq 1.9 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 42.5 faiz artaraq 245.8 milyon dollar olub.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?