15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikintiyə icazələr elektron qaydada verilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının "bir pəncərə" prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilmiş mətbuat konfransı keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud KİV nümayəndələrinə yeni elektron sistemin işləmə mexanizmi barədə məlumat verib. Bildirib ki, bu il fevralın 21-dən istifadəyə verilən elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olub. Onlardan 17-nə müsbət cavab verilib, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb edilməyən tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, bunların da hər birinə müsbət rəy verilib.

Qeyd edək ki, yeni sistem əlavə vaxt itkisinin və məmur-vətəndaş ünsiyyətinin qarşısını almağa imkan verir. Belə ki, sifarişçi sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb edilən sənədləri elektron formada yükləyib 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb. Hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?