18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkında yeni rezidentlər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 9-a çatıb.

Yeni rezident “Agah Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının istehsalını nəzərdə tutan zavod inşa edəcək. İnvestisiya dəyəri 6,85 milyon manat olan layihə çərçivəsində 40 nəfər daimi işlə təmin ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satılmaqla yanaşı, xaricə ixracı da nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Expert Services FZE” Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsi ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsini həyata keçiriləcək. Sənaye Parkının 1,2 hektar ərazisində reallaşacaq layihə çərçivəsində birinci mərhələdə ağır texnikaya texniki xidmətin göstərilməsi və bəzi metal ehtiyat hissələrinin bərpası, ikinci mərhələdə isə müxtəlif təyinatlı çalovların istehsalı nəzərdə tutulur. İnvestisiya dəyəri 2,2 milyon manat olan müəssisədə 20-dək daimi iş yeri yaradılacaq.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?